İrakli Kobaxidze – Maia Bitadzeni dürüstlük fərqləndirir, mədəniyyət naziri vəzifəsini tutmasını xahiş etməyimizin əsas meyarı da budur
Maia Bitadzeni dürüstlük fərqləndirir, mədəniyyət naziri vəzifəsini tutmasını xahiş etməyimizin əsas meyarı da budur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bəyan edib.
Kobaxidze bildirib ki, Bitadzenin müstəsna, uzunillik idarəçilik təcrübəsi var.
“Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün xanım Maia Bitadze Gürcüstanın mədəniyyət naziri təyin olundu. Onun ictimaiyyətə xüsusi təqdim olunmağa ehtiyacı yoxdur. Vurğulamaq istəyirəm ki, xanım Maianın müstəsna, uzunillik idarəçilik təcrübəsi var. O, uzun illər ərzində müxtəlif yüksək vəzifələri tutub. O, o cümlədən illər boyunca ətraf mühitin mühafizəsi nazirinin müavini, illər ərzində Tbilisi şəhərinin merinin müavini olub, o cümlədən müəyyən dövr ərzində mədəniyyət istiqamətinə də nəzarət edib. 2020-ci ildən xanım Maia Bitadze Gürcüstan Parlamentinin üzvü və Gürcüstan Parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlar Komitəsinin sədridir. O, hüquq elmləri doktoru, Tbilisi Dövlət Universitetinin assosiasiyalı professorudur. Onu dürüstlük fərqləndirir, xanım Maiadan mədəniyyət naziri vəzifəsini tutmasını xahiş etməyimizin əsas meyarı da budur. Əminəm ki, xanım Maia çox uğurlu mədəniyyət naziri olacaq. Ona böyük uğurlar arzulamaq istəyirəm” – baş nazir bildirib.