İrakli Kobaxidze - Litvanın Xarici İşlər Nazirliyi "Dərin dövlət"in bölməsidir, onların bəyanatlarının heç bir dəyəri yoxdur, Litva hakimiyyəti gürcü və litva xalqları arasında dostluğu sarsıda bilməz
Litvanın Xarici İşlər Nazirliyi mövcud deyil, bu, “Dərin dövlət”in adi bölməsidir, Litva suverenliyini o dərəcədə itirib ki – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Litvanın Xarici İşlər Nazirliyinin Gürcüstan hakimiyyətinə yönəlik tənqidi ilə bağlı jurnalistin sualına cavabında deyib.
O bildirib ki, bütün bunlara baxmayaraq, Litva hakimiyyəti gürcü və litva xalqları arasında dostluğu sarsıda bilməz.
“Litvanın Xarici İşlər Nazirliyi mövcud deyil, bu, “Dərin dövlət”in adi bölməsidir, Litva suverenliyini o dərəcədə itirib ki, Xarici İşlər Nazirliyinin heç bir bəyanatının heç bir müstəqil dəyəri yoxdur. Bu, “Dərin dövlət”in adi bölməsidir, xarici agenturanın növbəti nümayəndəliyi. Bundan irəli gələrək, bütün bunlar dəyərsizdir, lakin deyə bilərəm ki, Litva hakimiyyəti gürcü və litva xalqları arasında ənənəvi dostluğu sarsıda bilməz” – baş nazir bildirib.