İrakli Kobaxidze Li Tsian ilə birlikdə Çin Beynəlxalq İdxal Sərgisində Gürcüstanın sərgi məkanının açılışını edib
İrakli Kobaxidze Li Tsian ilə birlikdə Çin Beynəlxalq İdxal Sərgisində Gürcüstanın sərgi məkanının açılışını edib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Baş naziri Li Tsian ilə birlikdə Çin Beynəlxalq İdxal Sərgisində Gürcüstanın sərgi məkanının açılışını edib. Məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.

Onların məlumatında Gürcüstanın bu il fəxri qonaq statusu ilə iştirak etdiyi beynəlxalq sərgidə 40-dan çox gürcü şirkətinin təmsil olunduğu deyilir.

“Gürcüstanın sərgi məkanında ziyarətçilər ölkənin tarixi və mədəniyyəti, unikal yazısı, şərab istehsalının çoxəsrlik ənənələri, turizm və investisiya potensialı ilə tanış olmaq imkanına malikdirlər. Qastronomiya guşəsində ənənəvi gürcü yeməklərinin hazırlanması üzrə ustad dərsləri, şərab dadımı və mədəni tədbirlər keçirilir.

Gürcüstan Çin Beynəlxalq İdxal Sərgisində artıq səkkizinci dəfədir iştirak edir” – Hökumət Administrasiyası tərəfindən yayılmış məlumatda qeyd olunub.