İrakli Kobaxidze - Ləyaqətimizə hörmət etdiklərini və Avropa İttifaqına doğru bizim dinc irəliləyişimizin onlar üçün də prinsipial əhəmiyyət kəsb etdiyini Avropa İttifaqı da təsdiq edəsidir
“Yalnız sülh, ləyaqət, firavanlıqla Avropaya doğru” bizim seçki şüarımız idi və hökumət proqramımızın başlığı budur; Məqsədimiz ölkəmiz üçün əmin-amanlığı möhkəm qoruyub saxlamaqdır – bu haqda Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidze parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O, ləyaqətin milli maraqların qorunmasının birinci və əsas qarantı olduğunu bildirib.
“Ölkəmizin maraqlarını ləyaqətlə qorumaq, o cümlədən Avropa İttifaqına üzvlüyü ləyaqətlə qazanmaq və ölkəmizin rifahını yaxşılaşdırmaq məqsədimizdir. Ləyaqət milli maraqlarımızı qoruyacağımızın ilk və əsas qarantıdır və şüarımızdan və hökumət proqramımızdan da oxunduğu kimi vəzifəmiz Avropa İttifaqına doğru irəliləməkdir. Bu çətin yol olacaq. Qarşıda bizi təxminən 6 il gözləyir, məqsədimiz, artıq bəyan edildiyi kimi, 2030-cu il üçün Avropa İttifaqına üzvlükdür. Avropa İttifaqının öz şərtləri var və biz onları başdan sona kimi nəzərə almalıyıq. Təbii ki, biz ölkəmizin milli maraqlarına zidd olmayan bütün şərtləri nəzərə almağa hazırıq və təkrar və təkrar ləyaqətlə əlaqəli xətt burdan keçir və ləyaqətimizə hörmət etdiklərini Avropa İttifaqı da təsdiq edəsidir.
Avropaya doğru əmin-amanlıqla irəliləməkdən danışarkən, Avropa İttifaqına doğru bizim dinc irəliləyişimizin onlar üçün də prinsipial əhəmiyyət kəsb etdiyini Avropa İttifaqı təsdiq edəsidir.
Avropa İttifaqına doğru ləyaqətlə irəliləməkdən bəhs edilərkən, təbii ki, burada da Avropa İttifaqının milli maraqlarımızı, ənənəvi dəyərlərimizi qoruması vacibdir. Avropa İttifaqına doğru firavanlıqla irəliləməkdən bəhs edilərkən, müəyyən insanlar ictimai rəyi qeyri-düzgün istiqamətə yönləndirməyə çalışırdılar və göstərirdilər ki, guya əvvəlcə Avropa İttifaqına üzv olmalısan və yalnız bundan sonra firavanlıq əldə edə bilərsən. Əslində isə hər şey əksinədir. Əvvəlcə müəyyən firavanlıq səviyyəsinə çatmalısan və yalnız bundan sonra Avropa İttifaqına qəbul edəcəklər. Bu hissədə də Avropa İttifaqı bizə göstərməlidir ki, ölkəmizin iqtisadi inkişafı və əhalinin rifahının yaxşılaşdırılması onun üçün dəyərli və prinsipial əhəmiyyət kəsb edir” – İrakli Kobaxidze qeyd edib.