İrakli Kobaxidze – Kosmosun təhlükəsizliyi məsələləri ilə bağlı üç müxtəlif bəyannaməyə qoşulmuşuq. Gələcəkdə də avropalı həmkarlarımızla sıx tərəfdaşlığımızı davam etdirəcəyik
“Biz kosmosun təhlükəsizliyi məsələləri ilə bağlı üç müxtəlif bəyannaməyə qoşulmuşuq” – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Parisdə açıqlayıb.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan müvafiq qərarların qəbul edilməsi prosesində tam şəkildə iştirak edəcək.
“Avropanın kosmos məsələləri ilə bağlı öz baxışının və müstəqil siyasətinin olması vacibdir. Kiçik ölkə olaraq bu istiqamətdə imkanlarımız məhduddur, lakin biz qərarların qəbulunda iştirak edirik. Müxtəlif beynəlxalq platformalarda müvafiq qərarların qəbul edilməsi prosesinə qoşuluruq. Buna görə də, təbii olaraq, bizim mövqeyimiz avropalı tərəfdaşlarımız üçün də önəmlidir.
Biz kosmosun təhlükəsizliyi məsələləri ilə bağlı üç müxtəlif bəyannaməyə qoşulmuşuq. Gələcəkdə də bu məsələlərlə bağlı avropalı həmkarlarımızla sıx tərəfdaşlığımızı davam etdirəcəyik. Gürcüstan müvafiq qərarların qəbul edilməsi prosesində başdan sona qədər iştirak edəcək”, – deyə Kobaxidze bildirib.