İrakli Kobaxidze Körfəz Əməkdaşlıq Şurasının (GCC) baş katibi ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Körfəz Əməkdaşlıq Şurasının (GCC) baş katibi Casem Mohamed Al-Budaivi ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, baş nazir Casem Mohamed Al-Budaivini baş katib vəzifəsini tutması münasibətilə təbrik edib və uğurlar arzulayıb.
“Görüşdə Gürcüstan və Körfəz Əməkdaşlıq Şurası arasında mövcud münasibətlərə toxunulub və Şura ilə azad ticarət haqqında razılaşmanın bağlanmasının bu əlaqələrin sonrakı dərinləşməsinə töhfə verəcəyi qeyd edilib.
Müvafiq danışıqların başlanması ilə əlaqədar yaxın gələcəkdə müsbət qərar qəbul ediləcəyinə ümid ifadə edilib.
Dubayda Dünya Hökumətlər Sammiti çərçivəsində keçirilən görüşdə xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər” – rəsmi məlumatda deyilir.