İrakli Kobaxidze - Kopenhagendə bir sıra yüksək səviyyəli liderlər münasibətləri nəzərdən keçirməyə və Gürcüstanın Avropa İttifaqına can atması ilə bağlı olan bütün mövzularda müzakirəni açmağa hazır olduqlarını ifadə etdilər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagenə səfərini yekunlaşdırıb.
Kobaxidzenin jurnalistlərə dediyi kimi, Kopenhagendə bir sıra yüksək səviyyəli liderlər münasibətləri nəzərdən keçirməyə və Gürcüstanın Avropa İttifaqına can atması ilə bağlı olan bütün mövzularda müzakirəni açmağa hazır olduqlarını ifadə etdilər.
“Səfəri tamamladıq, maraqlı formatdır, ikitərəfli görüşlər keçirdik, birbaşa Avropa Şurasının baş katibi, ATƏT-in baş katibi ilə görüşüm oldu. Həmçinin, iqtisadi məsələlər və əlaqəlilik məsələləri haqqında danışdığımız panel müzakirəsi formatında çıxış etdim. Ən maraqlısı odur ki, yəqin 30-dan çox liderlə birbaşa söhbət etmək imkanım oldu. Bütün bu liderlərlə milli maraqlar, Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin nəzərdən keçirilməsinin zəruriliyi və perspektivi barədə danışırdıq.
Maraqlıdır ki, bir sıra yüksək səviyyəli liderlər münasibətləri nəzərdən keçirməyə və Gürcüstanın Avropa İttifaqına can atması ilə bağlı olan bütün mövzularda müzakirəni açmağa hazır olduqlarını ifadə etdilər.
Bu, çox yaxşı impulslar verir. Qalanını gözləyək. Biz əlbətdə, tam hazır olduğumuzu bildirdik ki, belə müzakirələrə, ictimai, açıq, şəffaf müzakirələrə hazırıq. Bu, Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlərin sağlamlaşması üçün şərtsiz və zəruridir. Bu, bizim də irəli sürdüyümüz əsas məsələlərdən biri idi, lakin onların tərəfindən də bununla bağlı təşəbbüslər oldu. Qalanları qapalı kommunikasiya səviyyəsindədir və detallar haqda danışa bilmərəm, lakin bütün bunlarla bağlı müsbət impulslar görməyimiz yaxşıdır. Biz hadisələrin inkişafını gözləyəcəyik. Bizim xarici siyasət prioritetimiz var, bu Avropa İttifaqına inteqrasiyadır və bu, sağlam müzakirə olmadan baş verə bilməz. Ona görə də biz bir daha Avropa İttifaqı strukturları ilə bütün mövzularda sağlam müzakirə açmağa hazır olduğumuzu təsdiq edirik” – Kobaxidze bildirib.