İrakli Kobaxidze - Konstitusiya Məhkəməsinə iddia ərizəsi təqdim etməyi planlaşdırırıq və bu iddia ərizəsinin əsaslarından biri məhz 2008-ci ildə müharibənin başlanması ola bilər, bunu da Saakaşvili etiraf edib
Konstitusiya Məhkəməsinə iddia ərizəsi təqdim etməyi planlaşdırırıq və əlbətdə, bu iddia ərizəsinin əsaslarından biri məhz 2008-ci ildə müharibənin başlanması ola bilər, bunu da Saakaşvili etiraf edib – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, 2008-ci ildə Saakaşvilinin özü qətnaməni imzalayıb və qətnamədə müharibəyə Saakaşvili rejiminin başladığı yazılıb.
“İstintaq Komissiyası bu mövzu üzərində işləyib. Görək, İstintaq Komissiyasının fəaliyyətinin nəticələri nə olacaq. Bilirsiniz ki, Konstitusiya Məhkəməsinə iddia ərizəsi təqdim etməyi planlaşdırırıq və əlbətdə, bu iddia ərizəsinin əsaslarından biri məhz 2008-ci ildə müharibənin başlanması ola bilər, bunu da Saakaşvili etiraf edib. 2008-ci ildə onun özü qətnaməni imzalayıb və qətnamədə müharibəyə Saakaşvili rejiminin başladığı yazılıb. “Genişmiqyaslı hərbi əməliyyatlar Saakaşvili tərəfindən Sxinvalinin bombalanması ilə başladı və sonra bunu Rusiyanın qeyri-mütənasib reaksiyası müşaiyət etdi” – qətnamədə bu yazılıb. Bunu imzalamaq xəyanətdir yoxsa deyil? Medvedev əməliyyata başlamaq və müharibəyə qoşulmaq niyyətində olduqlarını bəyan etməmişdən əvvəl Saakaşvili bütün gün boyunca, avqustun 8-də iddia edirdi ki, hücuma keçiblər və bütün Sxinvali bölgəsini almaq niyyətindədirlər, konstitusiya quruluşunu bərpa etmək niyyətindədirlər və şəhər-şəhər, kənd-kənd azad edirdilər” – baş nazir bildirib.