İrakli Kobaxidze - Konstitusiya Məhkəməsində ölkənin maraqlarını sonadək müdafiə edəcəyik, bu addımın atılması milli əhəmiyyət daşıyan məsələdir
Konstitusiya Məhkəməsində ölkəmizin milli maraqlarını sonadək müdafiə edəcəyik, bu addımın atılması demokratik sistemin sağlamlaşdırılması üçün şərtsiz olaraq mühüm və zəruridir, bu, ölkəmiz üçün milli əhəmiyyət daşıyan məsələdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çində gürcü jurnalistlərə deyib.
O bildirib ki, məzmununa görə antidemokratik və antikonstitusion qüvvələr daim ölkənin konstitusiya quruluşunu devirməyə və ya zorakılıqla dəyişdirməyə çalışırlar və belə şəraitdə, əlbətdə, demokratik sistem özünü qorumalıdır, bunun mexanizmini də Konstitusiya müəyyən edir.
“Bu, milli əhəmiyyət daşıyan məsələdir. Görürsünüz, ölkəmiz və onun siyasi sistemi qapalı bir dairədə dövr edib durur. Ölkəyə istirahət etmək imkanı verməyən cinayətkar qruplaşma, xarici agentura var. Daim ölkənin konstitusiya quruluşunu devirməyə və ya zorakılıqla dəyişdirməyə çalışan və xalq tərəfindən seçilmiş hakimiyyətin legitimliyini tanımayan məzmununa görə antidemokratik və antikonstitusion qüvvələrdir. Belə şəraitdə, əlbəttə, demokratik sistem özünü qorumalıdır və bunun mexanizmini Gürcüstan Konstitusiyası müəyyən edir. Bu, hüquqi, konstitusion mexanizmdir, biz ondan sona qədər istifadə edəcəyik, Konstitusiya Məhkəməsində ölkənin milli maraqlarını sonadək müdafiə edəcəyik və bir daha deyirəm, bu addımın atılması demokratik sistemimizin sağlamlaşdırılması üçün şərtsiz olaraq mühüm və zəruridir. Demokratik sistem üçün zəruri olmasaydı, bu addımı atmazdıq, lakin bu, Gürcüstanda bir dəfəlik və daimi olaraq sağlam demokratik sistemin formalaşması üçün vacib şərtdir” – İrakli Kobaxidze bildirib.