İrakli Kobaxidze - Kollektiv “Milli Hərəkat” konstitusiyaya zidd elan edilməzsə, qütbləşmə problemi həllini tapmayacaq, seçicilərə gəlincə, onları mühakimə etmək mənim üçün təsəvvür olunmazdır
İrakli Kobaxidze - Kollektiv “Milli Hərəkat” konstitusiyaya zidd elan edilməzsə, qütbləşmə problemi həllini tapmayacaq, seçicilərə gəlincə, onları mühakimə etmək mənim üçün təsəvvür olunmazdır

 
Gürcüstanda dırnaqarası qütbləşmə, radikalizm adlı qapalı dairəyə son qoymaq üçün partiyaların mühakimə olunması zəruridir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualına cavabında deyib.

Baş nazir bildirib ki, kollektiv “Milli Hərəkat” konstitusiyaya zidd elan edilməzsə, Gürcüstanda qütbləşmə problemi heç vaxt həllini tapmayacaq, bunun üçün seçkilərdən sonra mütləq müvafiq prosedurlara başlanacaq.

“Bu siyasi qüvvə, bu siyasi partiyaların birliyi gürcü demokratiyasının inkişafına və ölkəmizin güclənməsinə hər zaman maneə olacaq. Seçiciyə gəlincə, mən belə bir məsələni müzakirə edə bilmərəm. Əlbətdə, seçicini mühakimə etmək mənim üçün təsəvvür olunmazdır. Hər bir seçicinin öz seçiminə görə məsuliyyət daşımasına baxmayaraq, on minlərlə insanın mühakimə edilməsi məsələsi bizim tərəfimizdən müzakirə edilə bilməz. Biz bu haqda düşünməyə belə başlaya bilmərik və bu ideya bizim tərəfimizdən aktiv olaraq müzakirə edilə bilməz. Deyə biləcəyimiz yeganə şey odur ki, biz hər bir seçicini öz məsuliyyəti ilə hərəkət etməyə çağırmalıyıq” – İrakli Kobaxidze qeyd edib.