İrakli Kobaxidze kilsə nümayəndə heyətlərinin təmsilçiləri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1 700 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium çərçivəsində ölkədə səfərdə olan kilsə nümayəndə heyətlərinin təmsilçiləri ilə görüşüb.
Gürcüstan Hökumətinin Administrasiyası, hökumət başçısının kilsə nümayəndə heyətlərinin rəhbərlərinə Gürcüstana səfərlərinə görə təşəkkür etdiyinə və simpoziumda onların iştirakının əhəmiyyətini vurğuladığına dair məlumat verir.
“Ölkədə mənəvi dəyərlərin qorunub saxlanılması və möhkəmləndirilməsi işində Gürcüstan Kilsəsinin müstəsna roluna diqqət yönəldilib. Bu kontekstdə Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın çoxillik əməyi xüsusi olaraq qeyd edilib.
Görüşdə Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio iştirak edib” – məlumatda deyilir.