İrakli Kobaxidze - Xarici maliyyə ilə nifrət, kin kampaniyası aparırlar, təlqin edilmiş kampaniyalara hüquqi çərçivədə qarşı çıxmaq üçün legitim hüququmuz var
İrakli Kobaxidze - Xarici maliyyə ilə nifrət, kin kampaniyası aparırlar, təlqin edilmiş kampaniyalara hüquqi çərçivədə qarşı çıxmaq üçün legitim hüququmuz var

 

Gürcüstanda xarici maliyyə ilə nifrət və kin kampaniyaları aparırlar. Biz heç kimə bu cür kampaniyaları uğurla planlaşdırmağa və həyata keçirməyə imkan verməyəcəyik – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze, bu proseslərə bütün hüquqi metodlarla qarşı çıxılacağını bildirib.

“Gürcüstanda nifrət, kin kampaniyası aparılır. Bu, təkcə Gürcüstana xas deyil. Belə kampaniyalar müxtəlif ölkələrdə xaricdən maliyyələşdirilir, Macarıstan da bu baxımdan istisna deyil. Xaricdən maliyyələşdirilən nifrət və kin kampaniyaları burada da problemdir, biz onları izləyirik. Əlbətdə, biz heç kimə bu cür kampaniyaları uğurla planlaşdırmağa və həyata keçirməyə imkan verməyəcəyik. Gürcüstanda xarici maliyyə ilə nifrət və kin kampaniyaları aparırlar. Bu proseslərə bütün hüquqi metodlarla qarşı çıxacağıq. Əlbətdə, ölkədə hadisələrin inkişafına mənfi təsir göstərən şey nifrət və kindir. Bu süni şəkildə təlqin edilmiş kampaniyalara hüquqi çərçivədə qarşı çıxmaq üçün legitim hüququmuz var. Gürcü cəmiyyətində nifrət və kinə yer olmamalıdır. Belə proseslərə kəskin şəkildə qarşı çıxmaq üçün qanuni hüququmuz var” – İrakli Kobaxidze bildirib.