İrakli Kobaxidze - Kezeraşvilinin televiziyasının jurnalistləri İctimai Yayımçıyı zəbt edəndə, yəqin ki, onların dəsti-xətti yadınıza düşdü, noyabrın 7-də etdiklərini mini formalarda təkrarladılar
İrakli Kobaxidze - Kezeraşvilinin televiziyasının jurnalistləri İctimai Yayımçıyı zəbt edəndə, yəqin ki, onların dəsti-xətti yadınıza düşdü, noyabrın 7-də etdiklərini mini formalarda təkrarladılar

 

Kezeraşvilinin televiziyasının jurnalistləri İctimai Yayımçıyı zəbt edəndə, yəqin ki, onların dəsti-xətti yadınıza düşdü, noyabrın 7-də etdiklərini mini formalarda təkrarladılar – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Kobaxidze bildirib ki, “cəmiyyətin mühüm problemlərindən biri liberal faşizmdir”.

“Əlbətdə, bu insanlar cəmiyyətimizdə azlıq təşkil edirlər, lakin onlar bir vaxtlar, dəqiq bir əsr əvvəl bolşeviklərin ölkəmizdə hərəkət etdiyi kimi, eyni aqressiv formalarda hərəkətlər edirlər. Bu, fərqli fikir söyləyən istənilən insana qarşı əks düşüncəyə, polemikaya icazə verməmək, kobud aqressiyadır. Bu o cümlədən televiziyaların zəbt edilməsidir.

Yəqin ki, Kezeraşvilinin televiziyasının jurnalistləri İctimai Yayımçıyı zəbt edəndə, onların dəsti-xətti yadınıza düşdü. Bu, onların dəsti-xəttidir, onlar bir vaxtlar, noyabrın 7-də gücdən istifadə etməklə “İmedi” teleşirkətinə basqın edəndə etdiklərini mini formalarda təkrarladılar. Dəqiq onun kiçik analoqu idi, sadəcə olaraq, onlarda bir vaxtlar, noyabrın 7-də etdiklərini etmək üçün vasitə yoxdur. Tanrıya şükürlər olsun ki, bəzilərinin ölkə daxilində, bəzilərinin isə ölkə xaricində cəhd etmələrinə baxmayaraq, hakimiyyətə qayıda bilmədilər. Əks halda, indi bu formada, kiçik formada etdiklərini, 2007-ci ilin noyabrın 7-də istifadə etdikləri dəqiq eyni formalarla etmiş olacaqdılar. Heç kim heç vaxt onlara bunun üçün imkan verməyəcək” – İrakli Kobaxidze bildirib.