İrakli Kobaxidze - Kənar sifariş və təxribatların əsas vəzifəsi ölkənin inkişafına maneələr yaratmaqdır, buna nail ola bilməyəcəklər, ölkə bütün istiqamətlər üzrə inkişaf edir
Təxribatların bir sadə səbəbi var, ölkənin inkişafına bir şəkildə maneə yaratmaq, lakin bu onlara qismət olmayacaq – bu haqda baş nazir İrakli Kobaxidze jurnalistlərə deyib.
O bildirib ki, ölkə inkişaf edir və kənar sifarişlə hərəkət edən şəxslər məqsədlərinə çata bilməyəcəklər.
“İqtisadiyyat inkişaf edir, ölkə inkişaf edir, şəhərimiz, kəndlərimiz inkişaf edir, lakin xarici sifarişin əsas vəzifəsi bir şəkildə ölkəyə heç olmasa kiçik maneə yaratmaqdır, buna nail ola bilməyəcəklər” – baş nazir bildirib.