İrakli Kobaxidze Karol Navrotskini Polşanın prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir və əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir
Polşanın prezident seçkilərində qələbə qazanması münasibətilə Karol Navrotskini təbrik edirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Hökumət başçısı Karol Navrotskiyə uğur arzulayır və Gürcüstan adından Polşa ilə əməkdaşlığı ümumi maraq doğuran bütün sahələrdə daha da dərinləşdirməyə hazır olduğunu bildirir.
“Polşanın davamlı inkişafı, rifahı və Polşa xalqının arzularının həyata keçirilməsi yolunda Karol Navrotskiyə uğur arzulayıram. Gürcüstan yenə də ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyir və Polşa ilə əməkdaşlığı ümumi maraq doğuran bütün sahələrdə daha da dərinləşdirməyə hazırdır” – baş nazir yazır.