İrakli Kobaxidze - Kaxa Kaladzenin Tbilisi meri vəzifəsinə namizədliyi, fikrimcə tamamilə alternativsizdir
İrakli Kobaxidze - Kaxa Kaladzenin Tbilisi meri vəzifəsinə namizədliyi, fikrimcə tamamilə alternativsizdir

 

Kaxa Kaladzenin Tbilisi meri vəzifəsinə namizədliyi, fikrimcə tamamilə alternativsizdir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçısı qeyd edib ki, bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini ifadə edib.

“Kaxa Kaladze Tbilisi meri vəzifəsi üçün alternativsizdir. Bu, mənim çox aydın fikrimdir” – İrakli Kobaxidze bildirib.

Baş nazir həmçinin Qiorqi Qabitaşvilinin baş auditor vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı verilmiş sualı cavablandırıb.

İrakli Kobaxidzenin qiymətləndirməsinə əsasən, Qiorqi Qabitaşvili layiqli insandır və məhz buna görə də parlamentin qərarından sonra, o, çox yüksək vəzifə tutacaq və ölkənin baş auditoru olacaq.