İrakli Kobaxidze – İzmirdə baş verən partlayışla əlaqədar Türkiyə Prezidentinə və türk xalqına başsağlığı verirəm, bu ağır dəqiqələrdə düşüncələrimiz həlak olanların ailələri və yaxınlarının yanındadır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına İzmirdə bir çox insanın həyatını itirməsinə və çox sayda insanın yaralanmasına səbəb olan partlayışla əlaqədar dərin hüznlə başsağlığı verirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.
“Bu ağır dəqiqələrdə düşüncələrimiz həlak olanların ailələri və yaxınlarının yanındadır. Faciə nəticəsində yaralananların tezliklə və tam şəfa tapmasını diləyirəm” – baş nazir qeyd edir.
Türkiyənin İzmir şəhərində yerləşən metallurgiya zavodunda partlayış dünən baş verib. Partlayış nəticəsində 16 nəfər həlak olub, 13 nəfər yaralanıb.