İrakli Kobaxidze – İsveçrə şirkəti ilə birlikdə ölkə miqyasında buzlaqları və eroziya proseslərini araşdıracağıq, bu isə bizə müvafiq risklərin qarşısını almağa imkan verəcək
İrakli Kobaxidze – İsveçrə şirkəti ilə birlikdə ölkə miqyasında buzlaqları və eroziya proseslərini araşdıracağıq, bu isə bizə müvafiq risklərin qarşısını almağa imkan verəcək

İsveçrə şirkəti ilə birlikdə ölkə miqyasında buzlaqları, eroziya proseslərini araşdıracağıq və bütün bunlar bizə müvafiq risklərin qarşısını almağa imkan verəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şov şəhərində jurnalistlərə açıqlama verib. O, Şovda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsini yad edib.

Onun sözlərinə görə, gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir.

“Hər birimiz çox güclü şəkildə xatırlayırıq o ağır faciəni ki, başımıza gəldi və əlbəttə ki, bizim borcumuzdur həlak olanları anmaq. Eyni zamanda, bizim borcumuzdur ki, gələcəkdə belə faciələrin baş verməməsi üçün əlimizdən gələni edək. Əvvəllər belə bir presedent mövcud deyildi – bu, buzlaq sürüşməsi ilə bağlı idi və bu cür araşdırmalar aparılmamışdı. Biz İsveçrə şirkəti ilə birlikdə araşdırmalara başladıq. Ölkə miqyasında buzlaqları və eroziya proseslərini araşdıracağıq və bu bizə müvafiq risklərin qarşısını almağa imkan verəcək,” – deyə Baş nazir bildirib.