İrakli Kobaxidze – İstintaq komissiyası tərəfindən çox vacib işlər görüldü, bilirik ki, kifayət qədər həcimli və məzmunlu sənəd hazırlanır
İrakli Kobaxidze – İstintaq komissiyası tərəfindən çox vacib işlər görüldü, bilirik ki, kifayət qədər həcimli və məzmunlu sənəd hazırlanır

Çox mühüm işlər istintaq komissiyası tərəfindən həyata keçirildi, hamımız yekun nəticəni maraqla gözləyirik – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Raça bölgəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda kifayət qədər həcimli və məzmun baxımından zəngin sənəd hazırlanır.

“İstintaq komissiyası tərəfindən çox əhəmiyyətli işlər görüldü. Hamımız maraqla yekun nəticəni gözləyirik. Bilirik ki, kifayət qədər həcimli və məzmunlu sənəd hazırlanır. Gəlin hadisələrin gedişatını qabaqlamayaq və sənədin məzmununu gözləyək,” – deyə Baş nazir bildirib.

Xatırladaq ki, avqustun 4-də Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının yekun iclası keçiriləcək.