İrakli Kobaxidze - İstər demokratlar qalib gəlsin, istər respublikaçılar, hər iki halda Ukraynada müharibə bitəcək, regionda vəziyyət sakitləşəcək, Gürcüstana münasibət dəyişəcək
İstər demokratlar qalib gəlsin, istər respublikaçılar, hər iki halda Ukraynada müharibə bitəcək, regionda vəziyyət sakitləşəcək, Gürcüstana münasibət dəyişəcək. – Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
Kobaxidzenin sözlərinə görə, “münasibətlərin bərpası apriori respublikaçıların qələbəsindən asılı deyil”.
“Demokratlar qalib gəlsə, müharibə yəqin ki, bir ildən sonra, respublikaçılar qalib gəlsə, yəqin ki, yarım ilə bitəcək. Hər iki halda müharibə bitəcək, regionda vəziyyət sakitləşəcək və Gürcüstana münasibət dəyişəcək. Yəni bizim nikbinlik və ümidlərimiz apriori respublikaçıların qələbəsinə əsaslanmır. Hər iki halda Ukraynada müharibə bitəcək, vəziyyət sakitləşəcək və Gürcüstana münasibət ən çox bir ildən sonra, bəlkə də ondan da tez dəyişəcək. Belə olan halda biz son üç-dörd ildə gördüyümüz kimi deyil, tamamilə ədalətli münasibət görəcəyik, bu çox üzücü idi. Əminəm ki, ən çoxu bir ildən, bəlkə də altı aydan sonra münasibətlərə əsaslı və keyfiyyətcə baxılacaq”, – deyə İrakli Kobaxidze bildirib.