İrakli Kobaxidze İsrailin səfiri ilə görüşüb
İrakli Kobaxidze İsrailin səfiri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsrailin Gürcüstandakı səfiri Valid Abu Haya ilə görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatında, görüşdə baş nazirin Yaxın Şərqdə inkişaf etmiş hadisələrlə əlaqədar narahatlığını ifadə etdiyi və həlak olanlara görə İsrailə başsağlığı verdiyi deyilir.

Hökumət başçısı qısa vaxtda bölgədə sülhün bərpa olunacağına ümid etdiyini bildirib və ölkələrin və xalqların rifahı üçün sabitliyin vacibliyini vurğulayıb.

Həmçinin, görüşdə Gürcüstan və İsrail arasında əsrlər boyu davam edən dostluq münasibətləri haqda danışıblar.