İrakli Kobaxidze - İspaniyada faciəli dəmir yolu qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm, düşüncələrimiz yaralılar və ispan xalqı ilədir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İspaniyada baş vermiş dəmir yolu qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.
Hökumət başçısı faciəyə X sosial şəbəkəsində münasibət bildirir.
“İspaniyada baş vermiş faciəli dəmir yolu qəzası nəticəsində həlak olanların ailələrinə səmimi qəlbdən başsağlığı verirəm. Bu çətin anda düşüncələrimiz yaralılar və ispan xalqı ilədir” – İrakli Kobaxidze qeyd edir.
İspaniyada sürət qatarlarının toqquşması nəticəsində, son məlumatlara əsasən, 39 nəfər həlak olub, ən azı 170 nəfər yaralanıb. Hadisə cənubi İspaniyada Kordova şəhəri yaxınlığında baş verib. Yayılmış məlumata əsasən, təxminən 300 sərnişinin olduğu Malaqadan Madrid istiqamətində gedən sürət qatarı relsdən çıxıb və əks istiqamətdə Madriddən Uelva istiqamətində gedən sürət qatarı ilə toqquşub.