İrakli Kobaxidze - “ISFED” “Gürcü Arzusu”nu 46 000 səsin saxtalaşdırılmasında ittiham edirdi, ABŞ səfirliyi bunu önəmsiz xəta adlandırdı, bu, önəmsiz xəta deyildi, kobud ittiham idi
Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı bizi 46 000 səslə seçkiləri saxtalaşdırmaqda ittiham edirdi və bu, müxalifətin xalqın iradəsinə zidd olaraq hakimiyyəti dəyişməyə cəhd etməsi, növbədənkənar seçkilər keçirməsi üçün əsas bəhanəyə çevrildi və səfirlik bunu önəmsiz səhv adlandırır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
İrakli Kobaxidzeyə ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən son günlər sosial şəbəkədə yayılmış kartlarla (vərəqə) bağlı sual verilib.
Baş nazir, bu kartların (vərəqə) bir az anlaşılmaz olduğunu bildirib.
“Bununla əlaqədar çox dərin şərh verməyəcəyəm. Dünənki, srağagün olan vərəqələrdə yanlış məlumatın, yanlış ittihamların olması üzücüdür. Bu çox üzücüdür. Bugünkü kart da tamamilə anlaşılmazdı, lakin bu səfirliyin işidir. Mən ümumiyyətlə hadisələrə rasional baxan xanım səfirdən xahiş edərdim ki, öz işçilərinin fəaliyyətinə, o cümlədən belə kartlar hazırlayan əməkdaşlarının fəaliyyətinə daha dərindən baxsın. Bir daha təkrar edirəm, səfirliyin əməkdaşları yalanı ehtiva edən kartlar hazırlayanda” – İrakli Kobaxidze qeyd edib.
Onun sözlərinə əsasən, səfirlik PVT və MSK-nın nəticələri arasında səhv marjasının faizi ilə bağlı yanlış məlumat yayıb.
“Mən, məsələn, “PVT”nin saxtalaşdırılmasına aid olanı ətraflı izah etdim. Səfirlik “PVT” və MSK-nın nəticələri arasında səhv marjasının faktiki olaraq 2,4 faiz olmasına baxmayaraq, guya cəmi 1,8 faiz olması haqda səhv məlumat yaydı. İkinci manipulyasiya ondan ibarət idi ki, bu 2,4 faizlə “ISFED” faktiki olaraq “Gürcü Arzusu”nu 46 000 səsin saxtalaşdırılmasında ittiham edirdi və səfirlik bunu önəmsiz xəta adlandırdı. Bu, önəmsiz xəta deyildi. Xatırladım ki, kobud ittiham idi. Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı bizi 46 000 səslə seçkiləri saxtalaşdırmaqda ittiham edirdi və bu, müxalifətin xalqın iradəsinə zidd olaraq hakimiyyəti dəyişməyə cəhd etməsi, növbədənkənar seçkilər keçirməsi üçün əsas bəhanəyə çevrildi və səfirlik bunu önəmsiz səhv adlandırır. Bu, əlbətdə, yalandır və mən bir daha xanım səfirdən xahiş edərdim ki, biz bununla bağlı açıq şəkildə danışmışıq, lazım gələrsə, şəxsən səfirlə bununla əlaqədar fikirlərimi bölüşəcəm. Hələlik biz seçki proseslərinə qoşulmuşuq, lazım olarsa, əlbətdə, istənilən vaxt” – İrakli Kobaxidze bildirib.