İrakli Kobaxidze İrəvanda keçirilən Gürcüstan və Ermənistan yığmalarının oyununa qatılıb
İrakli Kobaxidze İrəvanda keçirilən Gürcüstan və Ermənistan yığmalarının oyununa qatılıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla birgə İrəvandakı Vazgen Sarkisyan adına stadionda keçirilən Gürcüstan və Ermənistan milli komandalarının oyununa qatılıb.

Millətlər Liqasının pley-off mərhələsinin ilk oyunu Gürcüstan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda baş nazirlərlə yanaşı, iki ölkənin hökumət üzvləri də iştirak edib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, oyundan sonra İrakli Kobaxidze Gürcüstan yığmasının üzvləri ilə görüşüb və onları qələbə münasibətilə təbrik edib.

Gürcüstan və Ermənistan yığmaları arasında ikinci oyun martın 23-də Tbilisidəki “Dinamo Arena”da keçiriləcək.