İrakli Kobaxidze İran səfiri ilə vida görüşü keçirib
İrakli Kobaxidze İran səfiri ilə vida görüşü keçirib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mahmud Adib ilə vida görüşü keçirib.

Gürcüstan hökumətinin başçısı diplomata Gürcüstanda məhsuldar fəaliyyətinə və ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğur arzulayıb.

Görüş zamanı bir daha qeyd olunub ki, Gürcüstan Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanmasını sədaqətlə dəstəkləyir.