İrakli Kobaxidze – İnvestisiyaların və hökumət siyasətinin nəticələri sektorun göstəricilərində öz əksini tapır. Bu il həm dənizçilik və dəmir yolu, həm də aviasiya sahəsində rekord dinamika müşahidə olunur
Həyata keçirilən investisiyaların və Gürcüstan hökumətinin ardıcıl siyasətinin nəticələri sektorun göstəricilərində öz əksini tapır. 2026-cı ildə həm dənizçilik və dəmir yolu, həm də aviasiya sahəsində rekord dinamika müşahidə olunur.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dəniz Forumunda çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, artan yükdaşımalar fonunda liman imkanlarının daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədə Anakliya dərin dəniz limanı layihəsi xidmət edir və layihə üzrə tikinti işləri hazırda fəal şəkildə davam etdirilir.
“Dəniz sektorunda “bir pəncərə” sisteminin tətbiqi ilə limanlarda gəmilərə xidmət prosedurları rəqəmsallaşdırılıb və daha da sadələşdirilib. Artan yükdaşımalar fonunda liman imkanlarımızın daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu məqsədə Anakliya dərin dəniz limanı layihəsi xidmət edir. Hazırda limanın tikintisi fəal şəkildə davam etdirilir.
Biz Anakliya limanını “Landlord Port Model” – “Liman sahibi” modeli əsasında inkişaf etdirəcəyik. Bu model çərçivəsində dövlət əsas strateji liman infrastrukturunu təmin edir, özəl sektor isə terminalların inkişafı və fəaliyyətini həyata keçirir.
Bu yanaşma dövlətin strateji maraqları ilə özəl sektorun iştirakını balanslaşdırır, geniş regional və beynəlxalq iştirak üçün imkan yaradır və liman infrastrukturuna ədalətli çıxışı təmin edir”, – deyə Baş nazir bildirib.