İrakli Kobaxidze "Indorama" korporasiyasının sahibi Amit Lohia ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi Azot”un investoru olan “Indorama” korporasiyasının sahibi Amit Lohia ilə görüşüb.
Gürcüstan hökumətinin məlumatına əsasən, görüşdə korporasiya tərəfindən Gürcüstanda həyata keçirilən böyük investisiyalara, həmçinin mineral gübrələr və sənaye kimyəvi maddələri istehsal edən ən böyük kimya müəssisələrindən biri – “Rustavi Azot”da planlaşdırılan yeniliklərə toxunulub.
“Korporasiyanın sahibi Gürcüstan hökumətinə dəstəyə görə təşəkkür edib və ölkədə əlverişli investisiya mühitinin olduğunu vurğulayıb.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan hakimiyyəti ölkəyə birbaşa xarici investisiyaların qoyuluşunu maksimal şəkildə təşviq edir, bu iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına əks olunacaq.
Dünyada ən böyük korporasiyalarından biri olan “Indorama” mineral gübrələr, sənaye kimyəvi maddələri və müxtəlif kimyəvi məhsullar istehsal edən müəssisələri birləşdirir. Korporasiyanın dünyanın 40-a yaxın ölkəsində 160-dan çox müəssisəsi var və 45 mindən çox işçini işlə təmin edir” – Gürcüstan hökuməti tərəfindən yayılmış məlumatda deyilir.
Görüşdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani, “Rustavi Azot”un Müşahidə Şurasının direktoru Prakaş Kecrival və “Rustavi Azot”un Müşahidə Şurasının üzvü Eprem Urumaşvili iştirak ediblər.