İrakli Kobaxidze - İndi, dövlət institutlarımız heç vaxt olmadığı qədər güclü olduğu bir zamanda, heç kimə nəinki nəsə inqilabi ssenarini, hətta nəsə radikal ssenarini belə həyata keçirmək imkanı verilməyəcək
İndi dövlətimiz və dövlət institutlarımız heç vaxt olmadığı qədər güclü olduğu bir zamanda, heç kimə nəinki nəsə inqilabi ssenarini, hətta nəsə radikal ssenarini belə həyata keçirmək imkanı verilməyəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Potidə jurnalistlərə deyib.
O bildirib ki, uzun illərdir cəmiyyət radikallaşma və radikal ssenarilər barədə söz-söhbət eşidir, lakin heç bir belə söz-söhbət uğurla başa çatmayıb, çünki dövlət hər zaman üzərinə düşəni ən yüksək səviyyədə edib.
“Müxalifət tamamilə qeyri-müəyyən vəziyyətdədir, seçkilərdə iştirak edən iki partiya var və seçkilərdə iştirakı xəyanət olaraq görən daha iki partiya var. Bu baxımdan da funksiyalarını itiriblər. Müvafiq olaraq, onlara yalnız nəsə radikal ssenarilər haqqında danışmaqdan başqa iş qalmır. Lakin artıq uzun illərdir radikallaşma, radikal ssenarilər barədə bu cür söz-söhbət yadımızdadır və o da yadınızdadır ki, bu söz-söhbətin heç biri uğurla nəticələnməyib. Çünki dövlət hər zaman üzərinə düşəni ən yüksək səviyyədə edib və heç kimə radikal ssenariləri həyata keçirməyə imkan verməyib. Üstəlik, indi dövlətimiz və dövlət institutlarımız heç vaxt olmadığı qədər güclü olduğu bir zamanda, heç kimə nəinki nəsə inqilabi ssenarini, hətta nəsə radikal ssenarini belə həyata keçirmək imkanı verilməyəcək” – baş nazir bildirib.