İrakli Kobaxidze - İmeretidə qərargah səfərbər olunub, elektrik enerjisinin bərpası üçün işlər sürətli templə davam edir, bir çox yerlərdə vəziyyət hələ də çətindir
İrakli Kobaxidze - İmeretidə qərargah səfərbər olunub, elektrik enerjisinin bərpası üçün işlər sürətli templə davam edir, bir çox yerlərdə vəziyyət hələ də çətindir

 
İmeretidə bir çox yerlərdə vəziyyət hələ də ağırdır, lakin işlər intensiv şəkildə davam edir və vəziyyət hər saat yaxşılaşır. Əsas odur ki, növbəti günlər ərzində də qərargah tam səfərbər olsun – bu haqda baş nazir İmereti bölgəsində koordinasiya qərargahının iclası başa çatdıqdan sonra jurnalistlərə deyib.

O bildirib ki, iki-üç günə problemi əhəmiyyətli dərəcədə tənzimləmək mümkün olacaq.

“İmeretidə mövcud vəziyyətlə bağlı məlumatı dinlədik. Qərargah səfərbər olunub, vəziyyətin nisbətən ağır olduğu beş munisipalitet var. Ətraf aləmlə əlaqəsi kəsilmiş bir neçə kənd var və onlarla rabitə qurmaq mümkün deyil. Ümumiyyətlə, rabitənin məhdudlaşdığı kəndlərin sayı kifayət qədər çoxdur, lakin yerli hakimiyyət, eləcə də xilasetmə xidmətləri müxtəlif yollarla mümkün qədər kəndlərə daxil olmağa çalışırlar. Elektrik enerjisinin verilişində də problem var, lakin bu baxımdan da işlər sürətli templə gedir və artıq bu günlər ərzində bir çox abonent üçün elektrik enerjisinin verilişi bərpa olunacaq. Hələ də bir çox yerlərdə vəziyyət ağırdır, lakin işlər intensiv şəkildə gedir və vəziyyət hər saat yaxşılaşır. Əsas odur ki, növbəti günlər ərzində də qərargah tam səfərbər olsun. Düşünürük ki, iki-üç günə problemi əhəmiyyətli dərəcədə həll etmək mümkün olacaq” – baş nazir qeyd edib.