İrakli Kobaxidze İlia Calağonianı Kvemo Kartli üzrə dövlət nümayəndəsi təyin edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlia Calağonianı Kvemo Kartli üzrə dövlət nümayəndəsi təyin edib.
Hökumət başçısı İlia Calağoniaya uğurlar arzulayıb və bölgədə davam edən və planlaşdırılan layihələrin effektiv şəkildə həyata keçirilməsi prosesində dövlət nümayəndəsinin rolunu vurğulayıb.
Baş nazir qeyd edib ki, layihələrin keyfiyyətli və müəyyən edilmiş müddətdə icrası ilə birlikdə, əhalinin ehtiyaclarına və mövcud çağırışlara vaxtında reaksiya göstərmək prioritetdir, dövlət nümayəndəsi buna xüsusi diqqət yetirməlidir.
Gürcüstanın regional inkişaf naziri Kaxa Quledani görüşdə iştirak edib. İlia Calağonia ixtisasca hüquqşünasdır. O, bu günə qədər Kvemo Kartli üzrə dövlət nümayəndəsinin səlahiyyətini icra edirdi və birinci müavini olub. Onun uzun illər dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə sistemində iş təcrübəsi var. İllər ərzində İlia Calağonia müxtəlif bölgələrin rayon prokuroru vəzifəsində işləyib, həmçinin hüquq və istintaq fəaliyyəti təcrübəsi var.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.