İrakli Kobaxidze - İlham Əliyevlə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığından, bizim iki ölkəni birləşdirən dostluq münasibətlərindən danışdıq
İlham Əliyevlə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığından, bizim iki ölkəni birləşdirən dostluq münasibətlərindən danışdıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda jurnalistlərə bildirib.
Hökumət başçısı bildirib ki, sektorlararası əməkdaşlığa və müxtəlif istiqamətlərdə tərəfdaşlığımızın daha da dərinləşməsinə toxunulub.
“BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak edirik. Həmçinin, konfrans formatında görüşlər keçirmək imkanımız olacaq. Bu gün cənab İlham Əliyevlə görüşmək imkanım olduğu üçün şadam, görüşdə Gürcüstan-Azərbaycan münasibətlərindən, strateji tərəfdaşlıqdan, bizim iki ölkəni birləşdirən dostluq münasibətlərindən danışdıq. O cümlədən, sektorlararası əməkdaşlıq, müxtəlif istiqamətlərdə tərəfdaşlığımızın daha da dərinləşdirilməsi barədə söhbətimiz oldu. Bütün mövzularda olduqca mehriban və məhsuldar görüş keçirdik. Haqqında danışdığımız mühüm mövzulardan biri enerji və enerji təhlükəsizliyi, əlaqələndiricilik idi. Bizi bir-birimizə olduqca mühüm strateji layihələr bağlayır, həmçinin bu istiqamətdə, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birlikdə işləyirik. Əlbətdə, tərəfdaşlığımız daha da dərinləşəcək” – baş nazir bildirib.