İrakli Kobaxidze – ildən-ilə yol infrastrukturu inkişaf edir, Yol Təhlükəsizliyi üzrə Milli Strategiya isə Gürcüstan yollarında təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcək
“İldən-ilə yol infrastrukturu inkişaf edir və bu, bizə Gürcüstan yollarında təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət tərəfindən təsdiqlənmiş 2026–2030-cu illər üçün Yol Təhlükəsizliyi üzrə Milli Strategiya ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, strategiya vətəndaşlar üçün konkret nəticələr verəcək.
“Ümumilikdə, bu, bizim üçün əsas çağırışlardan biridir. Statistika baxımından burada elə də ürəkaçan göstəricilər yoxdur, o cümlədən yollarda ölüm halları ilə bağlı göstəricilər. Son illərlə müqayisədə bu rəqəm xeyli azalıb, lakin bu, bizi qane etmir. Yol infrastrukturu ildən-ilə inkişaf edir və bu, Gürcüstan yollarında təhlükəsizlik səviyyəsini daha da yüksəltməyə imkan verəcək. Bunun üçün ardıcıl yanaşma lazımdır və məhz buna görə orta müddətli strateji sənəd hazırlanıb. Əminik ki, bu strategiya vətəndaşlarımız üçün konkret nəticələr verəcək”, – deyə Kobaxidze qeyd edib.