İrakli Kobaxidze - İldən-ilə iqtisadi artım fonunda pensiyanın artırılması davam edəcək
Artıq gələn il 65 yaşa qədər pensiyaçılar üçün minimum pensiyanın 350 lariyə, 65 və yuxarı yaşdan olan pensiyaçılar üçün isə 450 lariyə qədər artırılacağına dair vədi seçki proqramında əks etdirmişdik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
İrakli Kobaxidze deyib ki, bu vəd artıq Gürcüstan Parlamenti tərəfindən təsdiq ediləcək büdcə layihəsində öz əksini tapmış olacaq.
“Yüksək dağlıq yaşayış məntəqələrində gələn il üçün pensiyanın 420 lari və 540 lariyə qədər artırılması nəzərdə tutulur. Əlbətdə, ildən-ilə iqtisadi artım fonunda pensiyanın artırılması davam edəcək” – İrakli Kobaxidze bildirib.