İrakli Kobaxidze İkinci İlianın dəfn mərasiminin təşkilati məsələləri ilə əlaqədar yaradılmış dövlət komissiyasına rəhbərlik edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın dəfn mərasiminin təşkilati məsələləri ilə əlaqədar yaradılmış dövlət komissiyasına rəhbərlik edəcək. Bu haqda məlumatı Hökumət Administrasiyası yayır.
Onların məlumatına əsasən, komissiyanın tərkibində olacaqlar: Gürcüstanın müdafiə naziri, vitse-baş nazir İrakli Çikovani; Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili; Gürcüstanın daxili işlər naziri Qela Qeladze; Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze; Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili; Gürcüstanın regional inkişaf naziri Kaxaber Quledani; Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili; Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mamuka Mdinaradze; Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Anzor Çubinidze.
Həmçinin, dövlət komissiyasının işində iştirak etmək xahiş olunub: Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilidən; Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilidən; Tbilisi şəhərinin munisipalitetinin meri Kaxa Kaladze və Gürcüstan Patriarxlığının üç nümayəndəsindən.