İrakli Kobaxidze - İctimai Yayımçıyı zəbt edən "Milli Hərəkat"çılara istehzasız, efirə görə təşəkkür etmək istəyirəm, çünki onlar "Milli Hərəkat"çının əsl simasının necə olduğunu ictimaiyyətə bir daha xatırlatdılar
İrakli Kobaxidze - İctimai Yayımçıyı zəbt edən "Milli Hərəkat"çılara istehzasız, efirə görə təşəkkür etmək istəyirəm, çünki onlar "Milli Hərəkat"çının əsl simasının necə olduğunu ictimaiyyətə bir daha xatırlatdılar

 

İctimai Yayımçıyı zəbt edən “Milli Hərəkat”çılara heç bir istehza olmadan, dünənki efirə görə təşəkkür etmək istəyirəm, çünki onlar bu efirlə “Milli Hərəkat”çının əsl simasının necə olduğunu gürcü ictimaiyyətinə bir daha xatırlatdılar – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, bu hərəkətlə onlar bir daha bizə xatırlatdılar ki, televiziyaların zəbt edilməsi “Milli Hərəkat”ın dəyişməz dəsti-xəttidir.

“Həmçinin, “Milli Hərəkat”ın İctimai Yayımçını zəbt etməsi faktına münasibət bildirmək istərdim. Bu hərəkətlə onlar bir daha bizə xatırlatdılar ki, televiziyaların zəbt edilməsi “Milli Hərəkat”ın dəyişməz dəsti-xəttidir. Bununla yanaşı, İctimai Yayımçıyı zəbt edən “Milli Hərəkat”çılara heç bir istehza olmadan, dünənki efirə görə təşəkkür etmək istəyirəm, çünki onlar bu efirlə “Milli Hərəkat”çının əsl simasının necə olduğunu gürcü ictimaiyyətinə bir daha xatırlatdılar, bir neçə səmimi və səhvə sürüklənmiş insandan üzr istəyirəm, zənnimcə onları düzəltmək hələ də mümkündür” – baş nazir bildirib.