İrakli Kobaxidze - İctimai Yayımçıya təklif edirəm, dekabrın 4-də mənə və Şalva Papuaşviliyə Mixeil Canelidze və Tinatin Xidaşeli ilə ictimai müzakirə üçün efir ayırsın
İrakli Kobaxidze - İctimai Yayımçıya təklif edirəm, dekabrın 4-də mənə və Şalva Papuaşviliyə Mixeil Canelidze və Tinatin Xidaşeli ilə ictimai müzakirə üçün efir ayırsın

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirir ki, sabiq siyasətçilər Mixeil Canelidze və Tinatin Xidaşeli 28 noyabr bəyanatı ilə bağlı ictimai müzakirəyə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Müvafiq bəyanat hökumətin rəsmi “Facebook” səhifəsində yayılıb.

Bəyanatda qeyd edildiyi kimi, İrakli Kobaxidze Şalva Papuaşvili ilə birlikdə İctimai Yayımçıya dekabrın 4-də Mixeil Canelidze və Tinatin Xidaşeli ilə ictimai müzakirə üçün efir ayırmasını təklif edir.

“İctimaiyyətə məlum olduğu kimi, noyabrın 28-də komandamız tərəfindən verilmiş bəyanata etiraz edən insanlarla ictimai müzakirə keçirməyə hazır olduğumuzu artıq dəfələrlə bildirmişik. Sabiq siyasətçilər Mixeil (Papuna) Canelidze və Tinatin Xidaşeli belə bir ictimai müzakirədə iştirak etməkdə maraqlı olduqlarını artıq deyiblər. Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə birlikdə İctimai Yayımçıya təklif edirəm, sabah, dekabrın 4-də onlarla ictimai müzakirə aparmaq üçün bizə efir ayırsın”.