İrakli Kobaxidze – İddianın tam təmin olunması arzumuzdur, müxalifət konstitusiya quruluşuna qarşı hərəkət etdiyini dərk edirdi, bu gün bütün bunlara cavab verməli olacaqlar
Konstitusiya Məhkəməsində iddianın tam təmin olunması arzumuzdur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Kobaxidze, müxalifətin konstitusiya quruluşuna qarşı hərəkət etdiyini dərk etdiyini və bütün bunlarla bağlı cavab verməli olacağını bildirib.
“İddianın tam təmin olunması arzumuzdur. Biz iddianı təqdim etmişik və məqsədimiz iddianın tam təmin edilməsinə nail olmaqdır. Müxalifətə gəlincə, onların hansı arqumenti təqdim edəcəklərini bilmirəm, çünki bütün bu illər ərzində onlar məhz öz mövqelərinin əleyhinə olan arqumentlər yaradırdılar. Onlar konstitusiya quruluşuna qarşı hərəkət etdiklərini, o cümlədən konstitusiya quruluşunu devirmək üçün zorakı formalardan istifadə etdiklərini dərk edirdilər. Bu gün bütün bunlarla bağlı cavab verməli olacaqlar. Onların əslində seçkilərdən sonra, seçkilərdən əvvəl, hər dəfə, ildən-ilə konstitusiya quruluşuna qarşı çıxmalarından irəli gələrək, Konstitusiya Məhkəməsində nə isə demək onlar üçün çox çətin olacaq” – baş nazir açıqlayıb.
Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” tərəfindən “Milli Hərəkat”, “Dəyişiklik Naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Qaxaria Gürcüstan Naminə” partiyalarının fəaliyyətinin konstitusiyaya zidd olaraq tanınması və qadağan edilməsini tələb edən konstitusiya iddiası təqdim edilib.
Konstitusiya Məhkəməsində məsələyə baxılması oktyabrın 21-dən başlayır.