İrakli Kobaxidze – Hüquq-mühafizə orqanlarının başında peşəkarlığı və dürüstlüyü ilə seçilən insanların olmasına şadıq

19:55, 29.04.2026

 

İqtidar komandamız üçün vəzifə tutarkən iki meyar həlledicidir, hüquq-mühafizə orqanlarında xüsusilə vacib olan peşəkarlıq və dürüstlük – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Qeka Qeladzeni təqdim edərkən deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarının başında məhz peşəkarlığı və dürüstlüyü ilə seçilən insanlar dayanırlar.

“İqtidar komandamızdan bəhs edərkən, vəzifə tutarkən iki meyar həlledicidir, hüquq-mühafizə orqanlarında xüsusilə vacib olan peşəkarlıq və dürüstlük. Bu halda da kadr qərarları verilərkən bu iki meyar bütün komanda tərəfindən xüsusi diqqətlə nəzərə alındı. Bu gün hüquq-mühafizə orqanlarının başında məhz peşəkarlığı və dürüstlüyü ilə seçilən insanların olmasına şadıq” – baş nazir deyib.

Oxşar