İrakli Kobaxidze hökumətin yeni tərkibini açıqlayıb
İrakli Kobaxidze hökumətin yeni tərkibini açıqlayıb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentə təqdim etmək üçün hökumətin yeni tərkibini açıqlayıb.

Hökumətin yeni tərkibi İrakli Kobaxidze tərəfindən Gürcüstanın Hökumət Administrasiyasında keçirilən brifinqdə məlum olub.

Hökumətin tərkibində üç dəyişiklik var. Dəyişiklik Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə şamil edilib. İlia Darçiaşvili, Rati Breqadze və Otar Şamuqia artıq hökumətin tərkibində olmayacaqlar.

Müvafiq olaraq, İrakli Kobaxidze tərəfindən açıqlanan hökumətin yeni tərkibi belədir:

Gürcüstanın xarici işlər naziri – Maka Bocorişvili;

Gürcüstanın ədliyyə naziri – Anri Oxanaşvili;

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri – Davit Sonğulaşvili;

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri – Levan Davitaşvili;

Gürcüstanın müdafiə naziri – İrakli Çikovani;

Gürcüstanın maliyyə naziri – Laşa Xutsişvili;

Gürcüstanın regional inkişaf və infrastruktur naziri – İrakli Karseladze;

Gürcüstanın daxili işlər naziri – Vaxtanq Qomelauri;

Gürcüstanın təhsil, elm və gənclik naziri – Aleksandre Tsuladze;

Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri – Mixeil Sarcveladze;

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri – Tea Axvlediani;

Gürcüstanın mədəniyyət və idman naziri – Tinatin Ruxadze;