İrakli Kobaxidze hökumətin üzvləri ilə birlikdə Fokada gürcülərin maarifçisi, həvarilərə bərabər olan Müqəddəs Ninonun Gürcüstana gəlişi günü ilə əlaqədar keçirilən duaya qatılıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin üzvləri ilə birlikdə Fokada gürcülərin maarifçisi, həvarilərə bərabər olan Müqəddəs Ninonun Gürcüstana gəlişi günü ilə əlaqədar keçirilən duaya qatılıb.
Mərasimi Zati-müqəddəsləri Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio icra edib.
Mərasim başa çatdıqdan sonra Patriarx möminlərə moizə ilə müraciət edib və onları Nino bayramı münasibətilə təbrik edib.
Hökumət başçısı Zati-müqəddəsləri və müqəddəs Sinodun üzvləri ilə birlikdə Fokada Müqəddəs Nino adına analar monastırında olub.
Baş nazir monastırın rəhbəri, iğumen Elisabed ilə görüşüb və onu bu gün münasibətilə təbrik edib.
İrakli Kobaxidze hökumətin üzvləri ilə birlikdə bu gün həm də Axalkalakinin Baş Mələk Mikayıl kilsəsinin muzeyini ziyarət edib.
Axalkalaki, Kumurdo və Karinin mitropoliti Nikoloz baş nazir və patriarxı yepiskopluq iqamətgahında qəbul edib.
Bu gündən etibarən xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi ilə bağlı tədbirlər irimiqyaslı forma alacaq və bu tədbirlər Gürcüstan hökuməti və Patriarxlığın koordinasiyası ilə həyata keçiriləcək və mədəni-təhsil proqramını, eləcə də elmi konfransları və tələbə ekspedisiyalarını əhatə edəcək. Yubiley tədbirləri Svetitsxovloba bayramı da daxil olmaqla davam edəcək.