İrakli Kobaxidze - Hökumət Administrasiyasının Audit Xidmətinin funksiyaları genişləndiriləcək və hökümətin fəaliyyətinin effektivliyinə nəzarət funksiyası da veriləcək
Hökumət Administrasiyasının Audit Xidmətinin funksiyaları genişləndiriləcək və ona təkcə Hökumət Administrasiyasının deyil, bütövlükdə hökümətin fəaliyyətinin effektivliyinə nəzarət funksiyası da veriləcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, yaxın günlərdə müvafiq qanun layihəsinin təşəbbüsü Gürcüstan Parlamentində qaldırılacaq.
“Hökumət Administrasiyası ilə Dövlət Audit Xidməti arasında əməkdaşlıq gücləndiriləcək, real vaxt rejimində audit təcrübəsi tətbiq olunacaq, bu barədə Dövlət Audit Xidməti ilə məsləhətləşmələr apardıq. Bu təşəbbüsün məqsədi, nazirliklər tərəfindən həyata keçirilən layihələrin xərclərin effektivliyi və keyfiyyətinin maksimum dərəcədə yaxşılaşdırılmasıdır” – İrakli Kobaxidze bildirib.