İrakli Kobaxidze - Heyif ki, ayrı-ayrı səfirliklərin, təşkilatların hərəkətləri dəyərlərə əsaslanmır, üstəlik, uzunmüddətli demokratik ənənələrə sahib olan ölkələrin hərəkətləri, lakin bu gün heçə sayılır

Ayrı-ayrı səfirliklərin və təşkilatların hərəkətlərinin dəyərlərə əsaslanmaması çox məyusedicidir və təəssüf doğurur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kutaisidə jurnalistlərə bildirib.

Baş nazir bildirib ki, xarici həmkarlar bəzən konkret bəyanatlarla da müxtəlif növ ekstremist və radikal fəaliyyətləri təşviq edirlər.

“Müxtəlif növ ekstremist və radikal fəaliyyətlər mövcuddur, biz bunun şahidi ilk dəfə deyilik. Xarici həmkarlarımız bunu susqunluqla və bəzən konkret bəyanatlarla da təşviq edirlər, bu isə çox məyusedicidir və təəssüf doğurur. Heyif ki, ayrı-ayrı səfirliklərin və təşkilatların hərəkətləri dəyərlərə əsaslanmır. Bu, çox məyusedicidir və təəssüf doğurur, üstəlik, biz uzunmüddətli demokratik ənənələrə sahib olan ölkələrdən danışırıq, lakin bu gün onlar bu ənənələri heçə sayırlar” – baş nazir bildirib.