İrakli Kobaxidze - Hər kəs Gürcüstanın suverenliyinə, müstəqilliyinə, ölkəmizdə sülhə və təhlükəsizliyə hörmət etməlidir, bu bizim əsas maraqlarımızdır
Cefri Saks həqiqi intellektualdır və müstəqildir, ölkəmizin inkişafına aid proseslərin müstəqil təhlilini aparır, buna görə də onun qiymətləndirməsi obyektivdir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə deyib.
Kobaxidzenin qeyd etdiyi kimi, Cefri Saks Gürcüstanın müstəqilliyinə və suverenliyinə hörmət edir.
“Cefri Saks ölkəmizin müstəqilliyinə, ölkəmizin suverenliyinə hörmət edir və ölkəmizə münasibətdə siyasətçilərin mövqeyinin də analoji olmasından danışır. Bu, bizim də mesajlarımızdır – Hər kəs Gürcüstanın suverenliyinə, müstəqilliyinə, ölkəmizdə sülhə və təhlükəsizliyə hörmət etməlidir, bu bizim əsas maraqlarımızdır. Bu, ilk növbədə, gürcü xalqının maraqlarıdır və hər kəs gürcü xalqının maraqlarını nəzərə almalıdır” – İrakli Kobaxidze bildirib.