İrakli Kobaxidze – Hər bir dövlət milli maraqlarına uyğun hərəkət edir, hiç kimdə bir dövlətin digərinin rifahı üçün çalışdığı və öz maraqlarını onun xeyrinə güzəştə getdiyi illüziyası olmamalıdır
Hər bir dövlət öz milli maraqlarına uyğun hərəkət edir, buna görə də hiç kimdə bir dövlətin digərinin rifahı üçün çalışdığı və öz maraqlarını onun xeyrinə güzəştə getdiyi illüziyası olmamalıdır, beynəlxalq siyasətin əsasını təşkil edən reallıq belədir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Baş nazirin sözlərinə əsasən, dövlətlər maraqlarına uyğun gəldiyi yerdə və zamanda dostluq, əməkdaşlıq və tərəfdaşlıq edirlər.
“2008-ci ilin avqust müharibəsinin 18-ci ildönümü ilə bağlı son dövrdə verilən bir çox bəyanat və qiymətləndirmə cəmiyyətdə ciddi müzakirəyə səbəb oldu. 2008-ci il hadisələrinin qiymətləndirilməsi ilə yanaşı, İkinci İraklinin tarixi qərarlarının da bugünkü siyasi və ideoloji mövqelərdən müzakirə olunması cəhdləri xüsusilə diqqətəlayiq idi. Məhz bu bəyanatlar və onların ətrafında inkişaf edən müzakirə fonunda tarixi və bugünkü reallıqları nəzərə alaraq dövlət maraqları, Gürcüstanın qarşısında duran çağırışlar və ölkəmizin taleyini müəyyən edən və edəcək qərarlar barədə mühakimə yürütməyi mütləq hesab edirəm.
Onunla başlayaq ki, dövlətlər yaranandan bəri olduğu kimi, bu gün də hər bir dövlət, ilk növbədə, öz milli maraqlarına uyğun hərəkət edir. Buna görə də hiç kimdə bir dövlətin digərinin rifahı üçün çalışdığı və öz maraqlarını onun xeyrinə güzəştə getdiyi illüziyası olmamalıdır. Beynəlxalq siyasətin əsasını təşkil edən reallıq məhz belədir. Dövlətlər öz maraqlarını yürütmək və gücləndirmək üçün bir-biri ilə olan münasibətlərindən istifadə etməyə çalışırlar. Bəzən bu, əməkdaşlıq şəklində, bəzən isə məcburi qaydada – siyasi, iqtisadi və ya digər növ təsir vasitəsilə baş verir.
İstisnalar olmadan, beynəlxalq münasibətlərin fundamental prinsiplərindən, düsturlarından biri belədir və dövlətlərin mövcudluq tarixi boyunca qüvvədədir. Bundan irəli gələrək, istəsək də, istəməsək də, bu reallıqla barışmalı və beynəlxalq siyasətə illüziyasız baxmalıyıq, çünki dövlətlər maraqlarına uyğun gəldiyi yerdə və zamanda dostluq, əməkdaşlıq və tərəfdaşlıq edirlər” – baş nazir bildirib.