İrakli Kobaxidze – heç bir məhbus xüsusi imtiyazlardan istifadə etməməlidir, xüsusülə də ağır cinayətlər törətmiş Saakaşvili
Mixeil Saakaşviliyə qarşı yanaşma düz elə olmalıdır, necə ki, istənilən məhbusa qarşı olacaqdı, -bu barədə jurnalistlərə “Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidze Saqeridə bəyan etdi. Burada Kobaxidze Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə birlikdə regionların merliyə namizədləri və seçki qərargahlarının rəhbərləri ilə görüşlərini davam etdirir.
İrakli Kobaxidzenin dediyinə görə, heç bir məhbus xüsusi imtiyazlardan istifadə etməməlidir, xüsusülə də ağır cinayətlər törətmiş Saakaşvili.
“Mixeil Saakaşviliyə qarşı yanaşma düz elə olmalıdır, necə ki, istənilən məhbusa qarşı olacaqdı. Gürcüstanda insan hüquqları müdafiə olunubdur. Bu standartlara uyun olaraq, müfaiq yanaşma olacaq, lakin sözsüz ki, heç bir məhbus xüsusi imtiyazlardan istifadə etməməlidir, xüsusülə də ölkə qarşısında, xalq qarşısında, ayrıca vətəndaşlar qarşısında ağır cinayətlər törətmiş Mixeil Saakaşvili. Bundan irəli gələrək, imtiyazlar barəsində söhbət tamamilə əsassızdır”, – İrakli Kobaxidze bəyan etdi.