İrakli Kobaxidze - Hansı konsepsiya təsdiqlənibsə, o, heç bir güzəşt olmadan mütləq həyata keçiriləcək, bu, yüksək keyfiyyətli təhsil alması üçün gürcü gəncinə lazımdır
İrakli Kobaxidze - Hansı konsepsiya təsdiqlənibsə, o, heç bir güzəşt olmadan mütləq həyata keçiriləcək, bu, yüksək keyfiyyətli təhsil alması üçün gürcü gəncinə lazımdır

 

Hansı konsepsiya təsdiqlənibsə, bütün elementləri ilə birlikdə, heç bir güzəşt olmadan mütləq həyata keçiriləcək. Bu, gələcəkdə universitetlərimizdə yüksək keyfiyyətli təhsil alması üçün gürcü gəncinə, gürcü tələbəsinə lazımdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə deyib.

Baş nazirin sözlərinə əsasən, bu, prinsipial vəzifədir.

“Bir neçə dəfə açıq şəkildə bəyan etmişəm ki, islahat təsdiq edilmiş konsepsiyaya uyğun olaraq heç bir güzəşt olmadan həyata keçiriləcək. Universitetlərin birləşdirilməsi məsələsinə gəlincə, mən bir dəfə belə olsun deməmişəm ki, biz güzəştə getməyəcəyik, sərt prinsipial olacağıq və sair. Əksinə, biz gözləyirdik, dünən də bilirdik ki, bu gün Texniki Universitetin nümayəndələri ilə məsləhətləşmələr aparacağıq. Müvafiq olaraq, birləşmə ilə bağlı bir dəfə belə olsun nəsə qətiyyətli, sərt şərhlər verməmişəm. Mən konsepsiyanın həyata keçirilməsi ilə bağlı qətiyyətli və sərt şərhlər indi də verə bilərəm. Hansı konsepsiya təsdiqlənibsə, bütün elementləri ilə birlikdə, heç bir güzəşt olmadan mütləq həyata keçiriləcək, bir sadə səbəbdən – bu, gələcəkdə universitetlərimizdə yüksək keyfiyyətli təhsil alması üçün gürcü gəncinə, gürcü tələbəsinə lazımdır. Bu, prinsipial vəzifədir” – baş nazir bildirib.