İrakli Kobaxidze: Hamı görür ki, Helsink Komissiyası qondarma “dərin dövlət” xəttini çox fəal şəkildə aparır və bu, Gürcüstan nümunəsində də aydın görünür
Hamı görür ki, Helsink Komissiyası qondarma “dərin dövlət” xəttini çox fəal şəkildə aparır və bu, Gürcüstan nümunəsində də çox aydın görünür. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərə açıqlama verib.
Kobaxidzeyə amerikalı jurnalist tərəfindən dərc olunmuş və Helsink Komissiyasına aid olan araşdırma materialı ilə bağlı sual ünvanlanıb. Həmin araşdırmaya görə, Helsinki Komissiyası xarici qüvvələr tərəfindən kompromat vəziyyətinə salınıb və materialda Co Uilsonun da adı çəkilir.
Hökumət başçısının sözlərinə görə, ABŞ-də Helsink Komissiyası Gürcüstanın maraqlarına qarşı əsas alət kimi istifadə olunub.
“Gürcüstan nümunəsində də görünür ki, Helsink Komissiyasında hansı proseslər gedir. Xatırlayırsınız ki, ABŞ-də Helsink Komissiyası Gürcüstanın maraqlarına qarşı əsas alət kimi istifadə olunurdu. Bu proseslərdə konkret olaraq Uilson da iştirak edirdi və ABŞ-də yayılan məlumatlarla bütün bunların üstü faktiki olaraq açıldı. Hamı görür ki, Helsink Komissiyası qondarma ‘dərin dövlət’ xəttini çox fəal şəkildə aparır və bir daha qeyd edirəm ki, bu, Gürcüstan nümunəsində də çox aydın şəkildə görünür”, – deyə İrakli Kobaxidze bildirib.