İrakli Kobaxidze – hamı bilir ki, seçkilərə qədər mümkün deyil hansısa Parlament toplantısı baş versin

18:51, 20.09.2021

“Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidzenin bəyanatına görə, hamı bilir ki, seçkilərə qədər mümkün deyil hansısa Parlament toplantısı baş versin.

Elə onun dediyinə görə, “Gürcü Arzusu” açıqdır və seçkilərdən sonrakı dövrdə bütün məsələlər üzrə Parlament iclasları, müzakirələri aparılacaq.

“Hamı bilir ki, seçkilərə qədər mümkün deyil hansısa Parlament toplantısı baş versin, müvafiq olaraq bu bir növ spekulyasiyadır. Seçkilərdən sonrakı dövrə gəldikdə, sözsüz ki, seçkilərdən sonrakı dövrdə bütün məsələlər üzrə Parlament iclasları, müzakirələri aparılacaq. Biz hər şeylə bağlı açığıq, lakin hamı bilir ki, seçkilərə qədər mümkün deyil hansısa Parlament toplantısı baş versin, o cümlədən ona görə ki, hər bir deputat, necə majoritar, eləcə də majoritar olmayan deputat seçki təbliğatına qatılıb”, – Kobaxidz qeyd etdi.

Bu vaxt üçün üç müxalif partiya – “Qirçi”, “Vətəndaşlar” və “Strategiya Ağmaşenebeli” bəyan etdilər ki, “Lelo” partiyasının təşəbbüsünə imza atırlar. Bununla yanaşı, Giorgi Qaxariyanın dediyinə görə, bumövzu üzrə Beka Liluaşvili brifinq zamanı artıq bəyanat verdi ki, “Gürcüstan üçün” partiyası qeyd olunan təşəbbüsü dəstəkləyəcək.

 

Oxşar