İrakli Kobaxidze – Hakimlər öz peşəkar məsuliyyətlərinə uyğun hərəkət etməlidirlər, heç kim məsuliyyətdən qaçmamalıdır
Hakimlər öz peşəkar məsuliyyətlərinə uyğun hərəkət etməlidirlər – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Konstitusiya Məhkəməsinin sabiq hakimi Manana Kobaxidze ilə bağlı ünvanlanmış suala cavab olaraq açıqlayıb.
Hökumət başçısı bildirib ki, heç kim məsuliyyətdən qaçmamalıdır.
“Mən onun bəyanatının məzmununu gördüm. Başlıqdan fərqlənirdi. O, vəkil kimi fəaliyyətini davam etdirmək niyyətində olduğu və hüquq karyerasını başa vurmaq istəmədiyi barədə danışdı. Başlıqda bütün bunlar başqa cür təqdim olunmuşdu, lakin bu maraqlı deyil. Əsas odur ki, hakimlər öz peşəkar məsuliyyətlərinə uyğun hərəkət etməlidirlər. Heç kim məsuliyyətdən qaçmamalıdır. Deyə biləcəyim yeganə şey budur” – baş nazir açıqlayıb.