İrakli Kobaxidze - Gürcüstanın ortodoks kilsəsinin avtokefaliyasının bərpası günü mənəvi dəyərlərimiz, tarixi irsimiz və dövlətçilik təfəkkürümüzün ayrılmaz olduğunu bizə xatırladır
İrakli Kobaxidze - Gürcüstanın ortodoks kilsəsinin avtokefaliyasının bərpası günü mənəvi dəyərlərimiz, tarixi irsimiz və dövlətçilik təfəkkürümüzün ayrılmaz olduğunu bizə xatırladır

 

 

1917-ci ilin martın 25-də Gürcüstanın ortodoks kilsəsinin avtokefaliyası bərpa edildi. Bu olduqca mühüm hadisə dövlətçiliyimizin və mənəvi dəyərlərimizin bərpasının simvolu halına gəldi – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatında qeyd olunub.

Hökumət başçısı bildirib ki, İlia Cavcavadze, Dimitri Ğipiani, Ekvtime Tağaişvili və bir çox başqa vətənpərvər şəxslərin səyləri ilə kilsə azadlığını bərpa etdi, bu, millətin və kilsənin birliyinin və Gürcüstanın müstəqilliyi uğrunda mübarizənin əsasını qoydu.

“Qeyd etmək lazımdır ki, avtokefaliyamızın beynəlxalq səviyyədə rəsmi tanınması yalnız 1990-cı ildə, Əlahəzrət və Ulu, katolikos-patriarx II İlianın böyük şəxsi səyi və nüfuzu sayəsində baş tutdu. Beləliklə, nəhayət, tarixi ədalət bərpa olundu və gürcü kilsəsi dünya müstəqil və bərabərhüquqlu ortodoks kilsələri arasında layiqli yerini tutdu. Bu gün, mənəvi dəyərlərimiz, tarixi irsimiz və dövlətçilik təfəkkürümüzün ayrılmaz olduğunu bir daha bizə xatırladır” – baş nazir qeyd edir.